Azərbaycan bayraqları Türkiyə - Ermənistan matçında dalğalandı - FOTOLAR

9 Sentyabr 2023 00:30 Bizimkilər 1 108
Azərbaycan bayraqları Türkiyə - Ermənistan matçında dalğalandı - FOTOLAR

Xəbər verdiyimiz kimi, AÇ-2024-ün seçmə mərhələsinin 5-ci turu çərçivəsində Türkiyə millisi doğma azarkeşləri önündə Ermənistan yığmasını qəbul edir.

Sportinfo.az xəbər verir ki, oyunun keçirildiyi “Yeni Eskişehir” stadionun tribunalarında Azərbaycan bayraqlarına da rast gəlmək mümkündür.

Belə ki, matçı izləyən azərbaycanlı futbol həvəskarları stadionda dövlət bayrağımızı açıb.

Matçdan öncə UEFA-nın tələbi ilə oyunda Azərbaycan bayraqlarının açılmayacağına dair xəbərlər yayılsa da, bununla bağlı rəsmi açıqlama olmamışdı.


Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı