Nazirlikdən hərbçilərin maaşı ilə bağlı daha bir AÇIQLAMA

3 Mart 2021 20:30 Bizimkilər 1 476
Nazirlikdən hərbçilərin maaşı ilə bağlı daha bir AÇIQLAMA

“Hərbi qulluqçulara yaxın günlərdə yeni əlavələr ödəniləcək”.

Sportinfo.az xəbər verir ki, Müdafiə Nazirliyindən “qafqazinfo”nun hərbi qulluqçuların aylıq vəzifə maaşlarına müəyyən edilən müddəti əlavələrin nə zaman ödəniləcəyi ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, maliyyə ödəməsi keçən ilin dekabr, cari ilin yanvar və fevral aylarını əhatə edəcək.

Əmrə əsasən, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib.

İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin aylıq vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub.

Digər Xəbərlər
Xəbər Lenti