Azərbaycanda hərbçilərə ödənilən vəsaitin məbləği açıqlandı

1 Mart 2021 18:50 Bizimkilər 856
Azərbaycanda hərbçilərə ödənilən vəsaitin məbləği açıqlandı

Sportinfo.az xəbər verir ki, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) 44 günlük Vətən Müharibəsində həlak olmuş və yaralanmış hərbçilərə ödənilən vəsaitlərin həcmini açıqlayıb.

Qurumun marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən "qafqazinfo"ya verilən məlumata görə, ötən ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək Qarabağda aparılan əks-hücum əməliyyatları (Vətən Müharibəsi) zamanı həlak olmuş və yaralanmış hərbçilərə görə 40 milyon manatdan artıq ödəniş edilib.

Sığorta ödənişləri Hərbi qulluqçularının dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilib.

Digər Xəbərlər
Xəbər Lenti