Əliyev "qəpiyə güllə atan" klubun təklifini niyə qəbul edib?

25 Fevral 2021 09:40 Bizimkilər 958
Əliyev "qəpiyə güllə atan" klubun təklifini niyə qəbul edib?

«Ufa»dan ayrılan Azər Əliyevin «Tambov»a keçdiyini dünən xəbər vermişdik.

Azərbaycanlı yarımmüdafiəçi yeni klubu ilə mövsümün sonunadək qüvvədə olan müqavilə imzalayb.

26 yaşlı orta sahə oyunçusu qarşıdakı aylarda futbolsuz qalmamaq üçün «Tambov»dan gələn dəvəti qəbul edib.

Rusiya premyer-liqasında sonuncu yerdə gedən komandanın maliyyə durumu çox pisdir. 19 tura cəmi 13 xal toplamış Tambovun eyniadlı təmsilçisi 4 aydır heç bir futbolçusuna ödəniş etmir.

Son vaxtlar buranı xeyli sayda tərk edən var. Əksəriyyət artıq klubdan FİFA-ya şikayətçidir. Düşərgəyə cəlb olunan 8 yeni oyunçuya vəd verilən maaş maksimum 2000-2500 dollardır.

Elitanı tərk etməyə ən real namizəd olan «Tambov»ın yayda, ümumiyyətlə, fəaliyyətini dayandıracağı gözlənilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti