Yığmamızın sabiq hücumçusu Almaniyada dubl etdi

27 Avqust 2023 02:20 Bizimkilər 1 227
Yığmamızın sabiq hücumçusu Almaniyada dubl etdi

Almaniyanın Şimal-Şərq Regional Liqasında 5-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Dinamo" doğma meydanda "Jena"nı qəbul edib.

Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

Rüfət Dadaşov da bu görüşün iştirakçısı olub. Meydana start heyətdə daxil olan 31 yaşlı forvard 77-ci dəqiqədə əvəzlənib. O, komandasının hər iki qolunun müəllifi olub.

5 turdan sonra 10 xal toplayan "Dinamo" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti