"Onu körpə olanda ermənilər yerə çırpıb" - VİDEO

26 Yanvar 2021 20:50 Bizimkilər 432
"Onu körpə olanda ermənilər yerə çırpıb" - VİDEO

Atasının və qardaşının qisasını almaq üçün döyüşə gedən qazimiz.

Sportinfo.az xəbər verir ki, "report"un Qərb Mərkəzinin müxbiri Vətən müharibəsində hər iki ayağından yaralanan qazi Qocayev Xəqani German oğlu ilə həmsöhbət olub.

Xəqani 1988-ci ildə Qərbi Azərbaycandan ailəsi ilə birgə ermənilərin Azərbaycana qarşı ərazi iddalarına başladıqdan sonra məcburi şəkildə öz dədə-baba torpaqlarından zorla qovulub:

"O vaxt atamla qardaşım ermənilərə girov düşmüşdü. Qardaşımı atamın əlindən alıb işgəncələr veriblər. Onu körpə olanda ermənilər yerə çırpıb. Aldığı travmalar nəticəsində qardaşım 28 yaşında vəfat etdi".

Ölkədə elan olunan qismən səfərbərlik çərçivəsində könüllü olaraq döyüşə gedən Xəqani bir müddət təlim keçdikdən sonra Füzulidən döyüşlərə başladığını deyir:

"Füzulidə 3-4 gün qaldıq. Əmr gəldikdən sonra biz gecə Şuşa-Xankəndi istiqamətinə getdik. Hardasa 13 saat yol getdikdən sonra mühasirəyə düşdük. Bizdən qabağda olan döyüş yoldaşlarımızın köməyə gəlməsi ilə mühasirəni yararaq Şuşa istiqamətində hərəkətə başladıq".

X.Qocayev deyir ki, noyabrın 8-də Şuşaya doğru hrəkət etməyə başlayıblar. Bu zaman isə düşmən güclü həyəcan siqnalı verib: "Şuşa-Xankəndi-Daşaltı istiqamətində döyüşlərə başladıq. Düşmənin güclü həyəcan siqnalının ardınca bizi ağır ertileriya qurğularından və iri çaplı silahlardan atəşə tutudular".

O əlavə edib ki, yaralı və şəhidlərin olmasına baxmayaraq, "İrəli" əmri ilə düşmənin üstünə şığıyıblar:

"Qabağa getmək istəyirdim ki, arxadan güllə səsi gəldi. Ayağımda ağrı hiss etdim. Daş insanın ayağına dəyəndə necə ağrı hiss edirsə, elə bir ağrı hiss etdim. Çöndüm baxdım ki, əclaf məni vurub. Nəsə deyirdi başa düşmək olmurdu. Elə fürsət yarandı ki, mən dönməyimlə bunu görüb vurdum, qisasımı aldım ondan. Bu yıxıldı yerə, həmin an məndə qəhrəmanlıq hissi yaranmışdı. Nəsə qabağa çöndüm axsaya-axsaya biraz getmişdim ki, minamyot düşdü arxaya, məni üzü üstə çırpdı yerə, sonra gördüm ki, mən özümü hiss etmirəm, ayağımdan qan axdığını gördüm və bundan sonra huşumu itirmişəm".

Qeyd edək ki, X.Qocayev ailəlidir, 2 qızı var. Vətən müharibəsində hər iki ayağından yaralanan Xəqani eyni zamanda bədəninin müxtəlif nahiyələrində bir neçə qəlpə də gəzdirir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı