Tanınmış azərbaycanlı futbolçu Kosova klubunda - FOTOLAR

24 Avqust 2023 08:40 Bizimkilər 2 534
Tanınmış azərbaycanlı futbolçu Kosova klubunda - FOTOLAR

Azərbaycan millisinin sabiq futbolçusu Araz Abdullayev özünə yeni komanda tapıb.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi karyerasını Kosovada davam etdirəcək.

O, bu ölkənin yüksək liqa təmsilçisi “Llapi” ilə müqavilə imzalayıb. Məlumatı klubun mətbuat xidməti yayıb.

A.Abdullayev tibbi müayinədən uğurla keçib və yeni komandasında hazırlığa başlayıb.

“Arazın klubumuza transferini salamlayır, onun böyük təcrübəsinin komandamıza daha yüksək uğur gətirəcəyinə inanırıq” - deyə klubun yaydığı açıqlamada bildirilir.

Hazırda “Llapi” Kosova çempionatında 2 turdan sonra 4 xalla 5-ci yeri tutur.

A.Abdullayev bunadək Azərbaycanda “Neftçi”, “Qəbələ”, “Qarabağ” və “Sumqayıt”, xaricdə isə “Panionios” (Yunanıstan), “Anortosis” (Kipr), “Boluspor” (Türkiyə) və “Etnikos” (Kipr) klublarında oynayıb.

Onun son klubu 2021/22 mövsümündə "Sumqayıt" olub. A.Abdullayev ötən mövsüm heç bir klubda olmadığından rəsmi oyunlarda iştirak etməyib.





Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı