AFFA-nın Zümrüdü Macarıstan – Qazaxıstan matçına təyinat aldı

5 Sentyabr 2023 01:40 Bizimkilər 1 745
AFFA-nın Zümrüdü Macarıstan – Qazaxıstan matçına təyinat aldı

AFFA-nın uşaq və gənclər üzrə yarışlarının təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva beynəlxalq oyuna təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Macarıstan – Qazaxıstan matçında UEFA nümayəndəsi olacaq.

Sentyabrın 7-də Macarıstanda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı