Cənubi Azərbaycan klubu yenə İrana səs saldı

4 Sentyabr 2023 07:50 Bizimkilər 1 563
Cənubi Azərbaycan klubu yenə İrana səs saldı

İran çempionatında 4-cü turun görüşləri keçirilib.

Sportinfo.az xəbər verir ki, Cənubi Azərbaycan "Traktor"u səfərdə Xuzestan "Esteqlal"ının qonağı olub. Qarşılaşma Təbriz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada yeganə qolu 90+3-cü dəqiqədə Qustavo vurub.

Bu qələbə sayəsində xallarını 6-ya yüksəldən "Traktor" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti