Azərbaycanlı futbolçu Rusiyanın II Liqa klubuna icarəyə verildi

4 Sentyabr 2023 00:50 Bizimkilər 1 734
Azərbaycanlı futbolçu Rusiyanın II Liqa klubuna icarəyə verildi

Azərbaycanın aşağı yaş qruplarından ibarət milli komandalarında çıxış etmiş Sadıq Bagiev Rusiyada klubunu dəyişib.

Sportinfo.az xəbər verir ki, "Kuban Holdinq"in 19 yaşlı yarımmüdafiəçisi "Tambov"a keçib.

Gənc oyunçu 2023/2024 mövsümünü icarə əsasında II Liqa təmsilçisinin heyətində keçirəcək.

Klublar arasında imzalanan müqavilədə satınalma bəndi yoxdur.

Sadıq Bagiev Azərbaycanın U-18, U-19 və U-20 milli komandalarında çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı