“Neftçi” Azərbaycan çempionatının əsas favoritini məğlub etdi - FOTOLAR

26 Noyabr 2023 10:40 Basketbol 1 522
“Neftçi” Azərbaycan çempionatının əsas favoritini məğlub etdi - FOTOLAR

Azərbaycan Basketbol Liqasında V turun iki oyunu baş tutub.

Sportinfo.az xəbər verir ki, ilk oyun Cəlilabadda baş tutub.

Yerli komanda “Sumqayıt” ilə qarşılaşıb və 86:74 hesablı qələbəyə sevinib. Ən məhsuldar basketbolçular “Cəlilabad”dan Camani Pirs (19 xal, 10 ribaund), “Sumqayıt”dan Smit Roderik (22 xal, 12 ribaund) olublar.

Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən günün ikinci oyununda isə çempionatın əsas favoritlərindən sayılan “Neftçi” və “Sabah” qarşılaşıb.

Bərabər mübarizə şəraitində davam edən turun mərkəzi oyununda “Neftçi” çempionatın əsas favoritinə 96:93 hesabı ilə qalib gəlib.

Ən məhsuldar basketbolçular “Neftçi”dən Toraje Breyk (27 xal, 9 ribaund), “Sabah”dan Kivon Devenport (22 xal, 9 ribaund) olublar.

Turun son oyunu (“Şəki” – “Xəzri”) noyabrın 26-da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti