“Azərbaycanda bir imkanlı şəxsin güclü komandası peyda oldu“

21 May 2020 10:24 Basketbol 1 166
“Azərbaycanda bir imkanlı şəxsin güclü komandası peyda oldu“

“Azrbaycanda işlədiyim dövrdə klublar legionerlər dəvət etdi. Bir imkanlı şəxsin rəqabətədavamlı və güclü komandası peyda oldu“.

Sportinfo.az xəbər verir ki, bu sözlər 2002-2006-cı illərdə millimizin və “Qala”nın baş məşqçisi olmuş Rimas Kurtinaytisə məxsusdur.

Litvalı mütəxəssis unutmadığı “Qala” və NTD arasındakı rəqabəti “Jalgiris” –“Riqas” mübarizəsinə bənzədib: “Mən özüm yarışı reklam etmək televiziyaya getdim.

Onlar arasında “Jalgiris” və “Ritas” arasındakı kimi mübarizə başladı. Gənclərdən ibarət komandalar da formalaşdırdım. Biz Qafqaz Liqası üçün layihə də yaratdıq. Lakin bu ideya ermənilərlə münaqişə üzündən alınmadı.

İlk 1 il mənim üçün bir həftə kimi keçdi. Səhər 8-də işə başlayır, yalnız axşam 9-10-da qayıdırdım. Çünki strukturu formalaşdırana qədər yollarda və ofislərdə vaxt keçirirdim. Çempionat yaxşı alındı. Yalnız hakimliyin səviyyəsi axsayırdı.

Dava-dalaşlar da olurdu ki, azarkeşlər də meydana daxil olurdu. Bir dəfə öz oyunçularımı da çətinliklə meydandan çıxardım. Avropa kubokunda Perm təmsilçisi ilə başabaş mübarizə apardıq, “Nikolayev” və “Valmiera”ya qalib gəldik”.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR