“İlham Əliyev mənə Azərbaycanda basketbolu inkişaf etdirməyi təklif etdi"

20 May 2020 11:48 Basketbol 972
“İlham Əliyev mənə Azərbaycanda basketbolu inkişaf etdirməyi təklif etdi"

“Bədən tərbiyəsi və idman departamentində çalışdığım vaxt Avropadakı konfransdan sonra səyahət zamanı İlham Əliyevlə görüşdüm.

Həmin vaxt o, Milli Olimpiya Komitəsi və Azərbaycan Neft Şirkətinə rəhbərlik edirdi, ölkə prezidenti isə onun atası Heydər Əliyev idi”.

Sportinfo.az xəbər verir ki, bunu əfsanəvi basketbolçu Rimas Kurtinaytis deyib.

2002-2006-cı illərdə Azərbaycanda çalışmış, millimizi və “Qala” klubunun baş məşqçisi olmuş litvalı mütəxəssis vətənində verdiyi müsahibədə ölkəmizə gəlişini xatırlayıb:

“İlham Əliyev mənə Azərbaycanda basketbolu inkişaf etdirməyi təklif etdi. Nə vaxtsa onların SSRİ çempionatının ikinci liqasında yaxşı komandası olub. Biz ilkin olaraq danışdıq və mənə təklif etdi: “Bakıya gəl. Baxın, məsləhətləşək. Alınmasa, alınmaz – mən sizi qonaq qismində dəvət edirəm”.

Əlbəttə, məni Bakının mərkəzində oteldə ən yüksək səviyyədə qəbul etdilər. Gül əvəzinə meyvəlar, çiyələk və albalı qoyulmuşdu. Sonra mən İlham Əliyevin evinə getdim. Düşünürəm ki, sizə nədənsə başlamaq lazımdır. Mən də razılaşdım”.

Kurtinaytis bildirib ki, ölkəmizdə həvəskar səviyyədə olan idman növünü yeni üfüqlərə daşıyıb: “Ora gedəndə xahiş etdim ki, ölkənin bütün ən yaxşı basketbolçularını gətirsinlər.

Otuza yaxın, təxminən eyni boylu – 195 sm-a yaxın olan oyunçular toplandı. Mən 10 ən istedadlısını seçdim. Bəziləri səhər saat 10-da və ya yarım saat gec başlayan məşqə gəldi.

Bu, mənə hər şey etmək imkanı verirdi. Biz 8 komanda yaratdıq, üzvlük haqları tətbiq etdik. Bunadək onlar ölkə çempionatında qəribə formatda oynayırdılar. Hər üç aydan bir mərhələ keçirirdilər.

Mən adi 8 aylıq çempionat qurdum, istirahət günləri oynamağa başladıq. Oyunçu çatışmırdı. Biz Bakıda “Qala” komandasını yaratdıq. Mən Darius Lukminası, ardınca da bir neçə litvalını dəvət etdim”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"