
“Sabah” Azərbaycan Basketbol Liqasının IV turunun bağlanış oyununda asan qələbə qazanıb.
Sportinfo.az xəbər verir ki, son çempion “Sərhədçi”ni üstələyib.
Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan görüşdə “Sabah” rəqibini 112:89 hesabı ilə məğlub edib.
Ən məhsuldar basketbolçular “Sabah”da Kivon Devenport (28 xal, 8 ribaund), “Sərhədçi”də isə Cekson Rid (22 xal, 7 assist) olublar.
V turun oyunları (“Sərhədçi” – “Gəncə”, “Xırdalan” – "NTD-İndiqo", “Cəlilabad” – “Sumqayıt”, “Neftçi” – “Sabah”, “Şəki” – “Xəzri”) 23-26 noyabr tarixlərində baş tutacaq.