COP29

“Bəzən belə hallar olur, ciddi səhvlərə yol verirsən”

8 Dekabr 2024 03:30 Basketbol 259
“Bəzən belə hallar olur, ciddi səhvlərə yol verirsən”

"Səhvlərdən nəticə çıxarıb daha yaxşı oynamalıyıq".

Sportinfo.az xəbər verir ki, bunu "Ordu"nun basketbolçusu İsiah Pope klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, "Quba"ya uduzduqları (75:101) Azərbaycan Basketbol Liqasının IV tur matçı ilə bağlı danışıb:

"Son qarşılaşmada çox uğursuz çıxş etdik. Meydanda lazımı oyunu göstərə bilmədik.

Bəzən belə hallar olur. Ciddi səhvlərə yol verirsən və həmin bunlar da matçın taleyini həll edir.

Ancaq çempionat hələ qabaqdadır. Bu səhvlərdən nəticə çıxarıb daha yaxşı oynamalıyıq".

İsiah Pope V turda "Sumqayıt"a qarşı keçirəcəkləri görüşə də toxunub:

"Növbəti oyunda bütün gücümüzü qoymalıyıq ki, qalib gələk. Fikrimcə, həmin matç bizim üçün çox önəmli olacaq.

“Quba” ilə məğlubiyyəti yaddan çıxarıb bütün diqqəti həmin oyuna yönəltməliyik".

"Şəki" - "Lənkəran" oyunu dekabrın 8-də baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti