COP29

Gələn mövsümdə 12 iştirakçı olacaq - Bu rayonlarda yeni komandalar yaradılır

4 İyun 09:40 Basketbol 1 544
Gələn mövsümdə 12 iştirakçı olacaq - Bu rayonlarda yeni komandalar yaradılır

Azərbaycan Basketbol Liqasında komanda sayı artırılacaq.

Azərbaycan Basketbol Federasiyasının (ABF) icraçı direktoru Anar Rza jurnalistlərə açıqlamasında bildirib.

O, turnirə iki yeni komandaların qoşulacağını və sayın 12-yə çatdırılacağını vurğulayıb:

"Bunların hansı kollektivlər olacağı hələlik bəlli deyil. İyunun 5-də federasiya rəhbərliyi klublarla görüşəcək.

Orada bu məsələlər müzakirə ediləcək. Legioner limiti ya "3+2", ya da "4+1" olacaq.

Klub sayı artsa, birinci liqa da yaradıla bilər. İyunun 5-dən sonra daha dəqiq nəsə deyə bilərik".

Bu barədə ilk xəbər saytımıza məxsusdur. Biz hələ mayın 6-da belə bir informasiya yaymışdıq (https://www.sportinfo.az/idman_xeberleri/basketbol/17940.html).

Burada üstünlük bölgə təmsilçilərinə veriləcək. ABF bu məqsədlə bir sıra şirkətlərlə danışıqlar aparıb və onları sponsor olmağa razı salıb.

Liqada komandası olacaq rayonlara gəlincə, ilk sırada Şamaxı gəlir. Yerli İcra Hakimiyyəti bundan irəli gələn təşkilati məsələlərin həllinə köməklik göstərəcəyini vəd edib.

Həmçinin Tovuz və Qəbələnin müvafia rəsmi dairələri ilə bu istiqamətdə danışıqlar yekunlaşmaq üzrədir. Hansı birində şərait yaxşı olsa, üstünlük də ona veriləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?