Azərbaycanda daha bir klub böyük futboldan çəkildi

21 Sentyabr 2020 16:00 Azərbaycan Futbolu 1 835
Azərbaycanda daha bir klub böyük futboldan çəkildi

«Komandamıız bu il Region Liqasında çıxış etməyəcək».

Bu sözləri Sportinfo.az-a açııqlamasında «Uğur»un prezidenti Vasif Maşayev deyib.

Region Liqasında ilk 2 mövsümün qalibi olan Sumqayıt təmsilçisi maliyyə çatışmazlığı üzündən çempionatdakı çıxışını dayandırıb: «Koronavirus pandemiyası bütün sahələrə mənfi təsir göstərib.

Bir iş adamı olaraq, biz bunun təsirini daha çox hiss edirik. Mənim iki şirkətim var, onlardan biri otellərlə əlaqəlidir, xidmət sektorundadıır. Pandemiyaya görə otellər uzun müddət çalışmadı və şirkətimizin da gəliri olmadı.

Düzdür, şirkətin fəaliyyətini dayandırmamışıq, amma indi mənfəət yoxdur. Gəlir olmayandan sonra klubu saxlamaq mümkün deyil.

Nəzərə alın ki, «Uğur» neçə ildir fəaliyyət göstərir və kluba vəsait xərcləyən yeganə şəxs özüməm. Çevrəmizdə iş adamları var, lakin bu gün onlara müraciəit etmək mənasızdır.

Mən hamını yaxşı başa düşürəm. Məsələn, öz şirkətlərimin dövriyyəsi minlərlə ölçülür, onlarda yüzminlərlə. Bu insanlar məndən də çətin vəziyyətlə üzləşib. İş adamı tanıyıram ki, pul ödəyib, xaricdən məhsul sifariş edib, hələ malını gətirib bura çıxara bilmir.

Çünki sifarişi alan fabrik, zavod da pandemiyaya görə hələ işləmir. Amma bu yandan məhsulu gözləyən üçüncü tərəf var, hansı ki, o da qalıb belə.

Görün, həmin insanlar nə qədər ziyana düşüb! Beynəlxalq iqtisadçıların proqnozuna görə, Azərbaycan iqtisadiyyatı pandemiyanın vurduğu zərəri 2022-ci ilin ortasından sonra aradan qaldırmağa başlayacaq.

İndiki vəziyyətdə maliyyə çatışmsazlığı imkan vermir ki, klubu inkişaf etdirək. Əvvəlkinin, heç olmasa, yarısı qədər mənfəət əldə etsəydik, əsas komandanı saxlayardıq. Belə yerdə planları dəyişdirmək, doğrudan da, üzücüdür.

Ona görə ki, planlaşdırdığımız işin əsas hissəsini görmüşdük, ekvator xəttini keçmişdik. Peşəkar klub statusu almağa, I Divizionda çıxış etməyə bircə addım qalmışdı.

Pandemiyaya qədər olan dövrdə hər şey qaydasında gedirdi və bu cür davam etsəydi, I Divizionda dəstəkçilərimizin sayı çox olacaqdi. İndi kimə müraciət edək, hamınıın vəziyyətini bilirik.

Şəhər rəhbərliyi? Ötən il kömək üçün İcra Hakimiyyətinə müraciət etmişdik. Onlardan cavab çıxmadığı üçün fikirləşirik ki. indi müraciət etmək də mənasızdır. Gəlin, gözləyək.

Mən başqa iş adamlarının «Uğur»a dəstək görməsinə yaxşı baxıram. Hər halda «Uğur»un mövcudluğu Sumqayıtda hamıya məlumdur.

Yəni, bilirlər ki, bu şəhərin «Sumqayıt»dan başqa, «Uğur» adında komandası da var. Saytınız vasitəsilə fikrimi biznesmenlərə çatdırmaq istərdim. Kim kluba kömək etməyə hazırdırsa, gəlsin. Mən buna yalnız sevinərəm».

V.Maşayev bildirib ki, «Uğur» fəaliyyətini uşaq futbolunda davam etdirəcək: «Biz bu işə elə uşaq futbolundan başlamışdıq. Allah bütün balaları saxlasın, mənim oğlum da bu klubda böyüyüb. Bir neçə yaş qrupu üzrə komandamız fəaliyyətini davam etdirəcək.

Qismət olarsa, Region Liqasına da qayıdacağıq. Düz 1 il əvvəl AFFA-da Elxan Məmmədov və Yusif Əliyevlə görüşmüşdük. Onlaola söhbətdə klubun məqsədləri və gələcək planları barədə məlumat vermişdim.

Hədəflərimiz AFFA rəhbərliyi tərəfindən çox yaxşı qarşılanmışdı və Elxan müəllim söz vermişdi ki, bu məsələlərdə kluba dəstək olmağa hazırıq. Mən onda görmüşdüm ki, AFFA «Uğur»u I Divizionda görmək istəyir.

Sadəcə, o görüşdən sonra bir hərəkət olmadı. Pandemiya da araya düşdü, vəziyyət tamamilə dəyişdi. O gün saytınızda Peşəkar Futbol Liqasının nümayəndəsi Elgiz Abbasovun açıqlamasını oxudum, bildirir ki, Region Liqası klublarından rəsmi müraciət edən olmayıb.

Axı bizə xəbər verən olmayıb ki, filan tarixdən sənəd qəbulu başlayır. Adicə Region Liqasında iştirakla bağlı məsələ olanda, AFFA-dan zəng vurub soruşurlar ki, fikriniz nədir? Bundan sonra elektron ünvana rəsmi məktub göndərmək kifayətdir.

Maddi vəziyyətimiz düzəlsə, gələn il minimum büdcə ilə yenidən Region Liqasında çıxışımızı bərpa etməyə çalışacağıq. AFFA onda bizə desə ki, I Divizionu daha 1 il də gözləyin, yenə razılaşacağıq.

Bu müddətdə bütün fikrimizi uşaq futboluna verəcəyik. Pandemiyanın təsiri ortadan qalxana kimi işlərimizi əsasən bu istiqamətdə quracağıq. Bilirsiz ki, «Uğur» qadın futbolunda da təmsil olunub. komandamız Azərbaycan çempionu adını qazanmaqla bərabər, ilk ölkə kubokunu əldə edib.

Buradan milliyə dəvət alan bir neçə futbolçu hazırda İslandiya, Ukrayna, Rusiya kimi ölkələrdə legioner həyatı yaşayır. Mən bu uğurları görəndə çox sevinirəm və düzgün yolla getməyimizə daha da əmin oluram.

İndi təəssüf ki, bir müddət böyük futboldan kənarda qalmalıyıq. Amma yepnə ruhdan düşmürük, maddi vəziyyətin pandemiyaya qədər olan hissənin yarısı qədər düzəlməsini gözləyirik.

Mən bir daha AFFA-ya təşəkkür edirəm ki, Region Liqası kimi uğurlu layihəni həyata keçirib. Bu yarış futbolumuza çox lazımdır. Bölgələrdə futbolu çox sevirlər və Region Liqasının sayəsində nə qədər gənc yaşıl meydançalara dönüb».

Xəbər Lenti