Azərbaycan futboluna məhdudiyyət gəlir – YENİ QƏRAR

28 Fevral 2020 12:30 Azərbaycan Futbolu 1 502
Azərbaycan futboluna məhdudiyyət gəlir – YENİ QƏRAR

FİFA qurumun prezidenti Canni İnfantinonun vəd etdiyi transfer sistemindəki islahatlara başlayıb.

Sportinfo.az xəbər verir ki, assosiasiya transfer qaydalarında yenilik edib.

İcarəyə götürülən futbolçuların sayına məhdudiyyət qoyulub. Bu qayda 2020-ci ilin iyulundan qüvvəyə minəcək. 2020/21 mövsümündən başlayaraq bir komandanın heyətində digər ölkələrin klublarından 8-dən artıq futbolçu icarəyə götürülməyəcək.

2022/23 mövsümündən isə beynəlxalq icarələrin sayı 6-ya endiriləcək. İki eyni klub arasında icarə müqavilələrinin sayı da məhdudlaşdırılıb. Tərəflər maksimum 3 belə oyunçuya malik ola biləcəklər.

Daxili yarışlar üçün məhdudiyyət sisteminin beynəlxalq əsasnaməyə uyğun şəkildə tənzimlənməsi ölkələrin federasiyalarının üzərinə düşür. FİFA bütün milli assosiasiyalara, o cümlədən AFFA-ya üç il vaxt verib.

Xəbər Lenti