"Bakı"dan alındı, fəaliyyətini tam dayandırdı

27 Fevral 2020 12:16 Azərbaycan Futbolu 1 042
"Bakı"dan alındı, fəaliyyətini tam dayandırdı

"Bakı"nın Biləcəri qəsəbəsində yerləşən keçmiş bazası artıq fəaliyyətini tamamilə dayandırıb.

Sportinfo.az-ın məlumatına görə, paytaxtda yerləşən ən böyük infrastruktura malik futbol qurğusuna kənar şəxslərin girişi qadağandır.

Burada mühafizə xidmətinin əməkdaşlarından savayı kimsə qalmayıb. Bazanın qazı və işığı kəsilib. Bu da kommunal borcun yaranmasına səbəbindən.

2018-ci ilin sentyağbrında boşaldılan bazanın gələcək aqibəti, təyinatı üzrə istifadə olunub-olunmayacağı məlum deyil.2014-cü ilədək «Bakı»nın istfadəsində olan, sonradan Azərbaycan Qolf Federasiyasının ixtiyarına keçən ərazi isə bir müddət əvvəl satılıb.

Hələlik adı açıqlanmayan Türkiyə şirkəti buranı alıb. Artıq əraziyə ağır texnika gətirilib və söküntü işlərinə hazırlıq görülür. Plana görə, federasiyanın müasir dizaynla tikilmiş binası olduğu kimi qalacaq. Yaxınlıqdakı qolf sahələrinin yerində isə çoxmərtəbəli binalar tikiləcək.

2011-ci ildə Anar Məmmədovun yaratdığı Azərbaycan Qolf Federasiyası rəsmi qeydiyyatdan keçib və nazir oğlu bu federasiyanın prezidenti seçilib. Çox keçmədən Məmmədovlar Qubadakı “Rixos Quba” otelinin ərazisində Azərbaycanda ilk qolf klubu yaratdı. Akademiya və baza açıldı.

2014-cü ilin yayında Qolf Federasiyası və "European Tour"un təşkilatçılığı ilə Qubada beynəlxalq "Challenge Tour" yarışması keçirildi. Turnirin qalibi almaniyalı qolfçu Morits Lampert oldu. A.Məmmədov turnirin kuboku və mükafatını qalib qolfçuya təqdim etmişdi.

Həmin gəlhagəlli dövr artıq arxada qalıb. Keçmiş nazir oğlu indi Azərbaycanda yaşamır, Londona köçüb. Bir çox ölkələrdə biznes quran A.Məmmədov 3 ildən çoxdur ki, federasiya ilə bütün bağlarını qoparıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!