Prezident balaca futbolçunu qucaqlayıb öpdü - FOTO

25 Fevral 2020 01:24 Azərbaycan Futbolu 1 359
Prezident balaca futbolçunu qucaqlayıb öpdü - FOTO

AFFA-nın təşkil etdiyi aşağı yaş qruplarında Qərb zonası üzrə yarışların ilkin mərhələsi başa çatıb.

Sportinfo.az xəbər verir ki, son turdan sonra hər yaş qrupu üzrə liqadan 3 komanda final mərhələsinə vəsiqə qazanıb.

U-13 liqasından "Turan Tovuz”, "Şəmkir” "Birlik Gİİ” (Şəmkir), U-12 liqasından "Avey” (Ağstafa), "Şəmkii Gİİ” (Şəmkir), "Ağstafa Gəncləri”, U-11 liqasından "Qazax Gənclər”, "Turan Tovuz”, UGİM (Tovuz), U-10 liqasından "Turan Tovuz”, "Şəmkir Gİİ”, "Ağstafa Gənclər” final mərhələsində Qərb zonasını təmsil edəcəklər.

Son turun oyunlarından sonra isə liqalar üzrə fərqlənən futbolçulara Qərb Regional Futbol Federasiyasının Prezidenti Nadir Nəbiyev, AFFA-nın Qərb zonası üzrə təşkilatçısı Vüsal Qocayev və "Əsədoğlu” şirkətinin rəhbəri Vüqar Kərimov fəxri fərman və qiymətli hədiyyələr təqdim etdilər.

Tədbirdə yarışların yüksək səviyyədə təşkil olunması, bunda QRFF və AFFA-nın böyük rolunun olduğu xüsusi qeyd edildi. Göstərdiyi maddi və mənəvi dəstəyə görə "Əsədoğlu” şirkətinə və təşkilatçılıqda göstərdiyi dəstəyə görə "Qazax Gənclər” komandasının məşqçisi Elfaq Əliyevə QRFF tərəfindən Təşəkkürnamə də təqdim edildi.

Mükafatlandıma mərasimində fərqlənən futbolçular bunlardır:

U-13

"ƏN YAXŞI OYUNÇU”- İMAN NƏCƏFOV TURAN TOVUZ

"ƏN YAXŞI HÜCUMÇU” İMAN NƏCƏFOV TURAN TOVUZ

"ƏN YAXŞI YARIMMÜDAFİƏÇİ” BAHADUR ƏLİYEV ŞƏMKİR Gİİ-UGİM

"ƏN YAXŞI MÜDAFİƏÇİ” NOVRUZ MUSTAFAYEV AĞSTAFA GƏNCLƏRİ

"ƏN YAXŞI QAPIÇI” DƏNİZ RƏCƏBOV BİRLİK Gİİ (Şəmkir)

U-12

"ƏN YAXŞI OYUNÇU” SADIQOV FƏRİD ŞƏMKİR Gİİ-UGİM

"ƏN YAXŞI HÜCUMÇU” SADIQOV FƏRİD ŞƏMKİR Gİİ-UGİM

"ƏN YAXŞI YARIMMÜDAFİƏÇİ” EMİN ASLANOV TURAN TOVUZ

"ƏN YAXŞI MÜDAFİƏÇİ” TATAROV SÜBHAN AĞSTAFA GƏNCLƏRİ

"ƏN YAXŞI QAPIÇI” ZAHİD İSMAYILLI AVEY (Ağstafa)

U-11

"ƏN YAXŞI OYUNÇU” ELGÜN ƏHMƏDOV QAZAX GƏNCLƏR

"ƏN YAXŞI HÜCUMÇU” ADƏM ALIZADƏ UGİM (Tovuz)

"ƏN YAXŞI YARIMMÜDAFİƏÇİ” ELGÜN ƏHMƏDOV QAZAX GƏNCLƏR

"ƏN YAXŞI MÜDAFİƏÇİ” ÜMİD İSGƏNDƏROV TURAN TOVUZ

"ƏN YAXŞI QAPIÇI” ZAHİD İSMAYILLI AVEY (Ağstafa)

U-10

"ƏN YAXŞI OYUNÇU” TURAN RAMAZANOV QAZAX GƏNCLƏR

"ƏN YAXŞI HÜCUMÇU” TURAN RAMAZANOV QAZAX GƏNCLƏR

"ƏN YAXŞI YARIMMÜDAFİƏÇİ” ƏLİ ƏHMƏDOV AĞSTAFA GƏNCLƏRİ

"ƏN YAXŞI MÜDAFİƏÇİ” YUSİF NƏBİYEV TURAN TOVUZ

"ƏN YAXŞI QAPIÇI” TEYMUR ASLANOV ŞƏMKİR Gİİ-UGİM

"Mövsümün ƏN DƏYƏRLİ OYUNÇUSU” İMAN NƏCƏFOV TURAN TOVUZ

Xəbər Lenti