"Sportinfo TV"nin təqdimatında: Azərbaycan futbolundakı "çirkli pullar" - VİDEO

16 Yanvar 2020 15:33 Azərbaycan Futbolu 1 858
"Sportinfo TV"nin təqdimatında: Azərbaycan futbolundakı "çirkli pullar" - VİDEO

Sportinfo.az-dan daha bir layihə… "Sportinfo TV"ni yaratmaq yolunda ilk addımı atdıq.

Hələlik həftədə 1 dəfə izləyicilərimizin görüşünə gələcəyik. Bu, müəyyən müddət belə davam edəcək. Sonra həftədə 2-3 dəfə qonağınız olacağıq.

İlk verilişə oktyabr ayından hazırlaşırdıq. Bəzi obyektiv və subyektiv səbəblər üzündən hər dəfə bunu təxirə salmaq məcburiyyətində qaldıq. Gec də olsa, nəhayət, problemi aradan qaldıra bildik.

Bəribaşdan deyək ki, "Sportinfo TV"nin qapıları bütün idman növlərinin üzünə açıqdır. Biz yalnız futboldan danışmayacağıq. Zamanla digər sahələri də əhatə edəcəyik.

"Sportinfo TV"nin ilk qonağı İsgəndər Cavadov adına Bakı Futbol Akademiyasının vitse-prezidenti Yaşar Seyidovdur. O, saytımızın yazarı Natiq Muxtarlı ilə birlikdə ölkə futbolunun hazırkı durumunu dəyərləndirib.

Verilişdə AFFA-nın yanvarın 8-də keçirilən növbədənkənar konfransı və Nizamnaməyə edilən dəyişikliklər geniş müzakirə olunub.

Birinci verilişdir, ona görə də çatışmazlıqların olması labüddür. Texniki məsələlər elədir ki, onu birdən-birə yüksək səviyyədə həll etmək çətindir. Odur ki, oxucularımız-izləyicilərimizi bizə anlayış göstərəcəyinə ümid bəsləyirik.

Digər Xəbərlər
Xəbər Lenti