COP29

"Elxan Məmmədovun adamları hələ də AFFA-dadır, o, islahatlara başlaya bilmir"

25 Noyabr 2023 15:00 Azərbaycan Futbolu 1 234
"Elxan Məmmədovun adamları hələ də AFFA-dadır, o, islahatlara başlaya bilmir"

«Sərxan Hacıyev ilyarımdan çoxdur AFFA-nın baş katibidir və düşünürəm ki, o, artq öz mövqeyini ortaya qoymalıdır».

Bu fikirlər Sportinfo.az saytının təsisçisi İlkin Vaqifoğluna məxsusdur.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişinin qonağı olub.

Ölkə futbolunda cərəyan edən son proseslər barədə fikirlərini bölüşən İ.Vaqifoğlu deyib ki, Elxan Məmmədov federasiyadan getsə də, burada ciddi islahatlar hələ başlamayıb:

«Heç kimə sirr deyil ki, Elxan Məmmədov uzun illər ərzində Azərbaycan futboluna düşmənçilik edib. Bu müddətdə futbolumuz xeyli geri gedib.

Təəssüf ki, onun AFFA-ya gətirdiyi yarıtmaz kadrlar hələ də vəzifə başındadır. Bu adamların federasiyadan uzaqlaşdırılması vacibdir.

Görünən odur ki, Sərxan Hacıyev hələ islahatlara başlaya bilmir. Hesab edirəm ki, bu, çox pis haldır.

Mən qətiyyən istəməzdim ki, Sərxan Hacıyev Elxan Məmmədova oxşasın, onun yolu ilə getsin».

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"