Azərbaycan çempionatında yer tutanları nə gözləyir - Pul, yoxsa..?

5 Dekabr 2022 09:40 Azərbaycan Futbolu 431
Azərbaycan çempionatında yer tutanları nə gözləyir - Pul, yoxsa..?

Minifutbol üzrə ölkə çempionatında 2-ci turun oyunları keçirilib.

“Zəfər”, “Qarabağ”, “Birbaşa Bakı” və “Odlar Yurdu” turu qələbə ilə başa vurubr.

İki turdan sonra turnir cədvəlinə ötən mövsümün çempionu “Birbaşa Bakı” başçılıq edir. Liderlə eyni xala malik “Qarabağ” ikinci, “Odlar Yurdu” isə üçüncüdür.

Növbəti turun oyunları dekabrın 10-da keçiriləcək.

Çempionatın medalçıları ölkəmizi avrokuboklarda təmsil edəcək. Birinci və ikinci yeri tutanlar Çempionlar Liqasında mübarizə aparacaq. Bürünc mükafatçı Avropa Liqasında qüvvəsini sınayacaq.

Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Abışov Sportinfo.az-a açıqlamasında bildirib ki, qurum yarışın qalibləri üçün mükafat fondu təsis etməyib.

Ancaq bu, o demək deyil ki. onlar diqqətdən kənarda qalacaq. Qitə arenasına yollanacaq komandalar federasiya tərəfindən maliyyə dəstəyi alacaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 22:00 Premyer Liqaya qayıdır
4 Dekabr 12:10 Bugünün hava PROQNOZU