İspaniya başqa aləmdir... DÇ-2026-dan VİDEO

İspaniya başqa aləmdir... DÇ-2026-dan VİDEO

İspaniya dünya çempionatının pley-off mərhələsində 2010-cu ildən bəri ilk qələbəsini əldə edib.

Sportinfo.az xəbər verir ki, İspaniya yığması mundialın 1/16 final mərhələsində Avstriya millisini 3:0 hesabı ilə məğlub edib.

Beləliklə, ispanlar 2010-cu ildə dünya çempionu olduqdan sonra ilk dəfə Dünya Çempionatının pley-off oyununda qələbə qazanıblar.

İspaniya millisi 2014-cü il dünya çempionatında qrup mərhələsini keçə bilməmişdi.

Komanda 2018-ci ildə 1/8 finalda Rusiya yığmasına penaltilər seriyasında uduzub. 2022-ci ildə isə eyni mərhələdə Mərakeş millisinə penaltilərlə məğlub olmuşdu.

İspaniya yığması 1/8 finalda Portuqaliya - Xorvatiya cütünün qalibi ilə qarşılaşacaq. Həmin oyun iyulun 6-da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti