Sabiq “Neftçi”li “Qarabağ”ın satdığı legioner haqda nə dedi?

03:20 Hadisə 110
Sabiq “Neftçi”li “Qarabağ”ın satdığı legioner haqda nə dedi?

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, hazırda Ukraynada yaşayan Aleksandr Çertoqanov sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, eks “Neftçi”li “Qarabağ”dan “Polessye”yə keçən Leadro Andrade barədə danışıb.

Çertoqanovun fikrincə, kabo-verdeli vinger burada “Qarabağ”dakı qədər uğurlu ola bilər:

“Leandro Andradenin "Qarabağ"dan "Polessye"yə keçidindən xəbərdaram. Fikrimcə, Andrade “Polessye”də də uğurlara imza atacaq.

O, "Qarabağ"da özünü yaxşı tərəfdən göstərmişdi, ən yaxşısını verə bilmişdi komandaya. "Polessye" özü də ambissiyalı klubdur.

Hər şey də klubun uğurlu nəticələr göstərməsi üçün qurulub. Andradenin Ukraynada hansısa problem yaşayacağını düşünmürəm.

“Polessye”də də çox yaxşı məşqçilər korpusu var.

Andradenin komandaya tez bir zamanda uyğunlaşacağı, kluba xeyir verəcəyinə çox inanıram. Çünki onun "Qarabağ"da yaxşı futbolçu olduğunu görmüşdük”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti