"Kəpəz"də təhlükə saçan "qərarlar zənciri"

25 İyun 2022 20:40 Azərbaycan Futbolu 1 447
"Kəpəz"də təhlükə saçan "qərarlar zənciri"

Növbəti mövsüm Premyer Liqada çıxış edəcək "Kəpəz"də uğursuz qərarlar bir-birini əvəzləməkdədir.

AFFA belə qərarların startına baş məşqçi postu ilə start verdi.

Böyük ölçüdə Gəncədə narazılıqla qəbul edilən Yaşar Vahabzadə baş məşqçi təyin olundu. Bu adam hələ ötən mövsüm Birinci Divizion matçlarında istefaya səslənirdi.

Sosial şəbəkələrdə edilməyən narazılıq qalmayıb. Amma federasiya rəsmiləri proseslərin ziddinə gedərək təcrübəli mütəxəssisi baş məşqçi postuna təyin etdi.

Ardınca yeni transferlər böyük ürəkağrısı ilə qəbul olundu. Ki, azalır iki ildi futbolsuz qalan Elvin Yunuszadə heyətə qatılıb, 8 aydı klubsuz qalan iranlı Peyman Keşəvarzi ilə də bu istiqamətdə danışıqlar aparılır.

Bütün bunlar klubun Peşəkar Liqaya qeyri-peşəkar hazırlığı kimi qiymətləndirilərək yerli azarkeşlər tərəfidən narazılıq faizini daha da çoxaltmış oldu.

Dünən isə Qərb təmsilçisində daha bir qərar verildi. Belə ki, "Kəpəz"in "Xaç atası" sayılan Mehman Allahverdiyev klubun idman direktoru təyin olundu.

Sözsüz ki, Mehman müəllimin Gəncə futbolunda xidmətləri danılmazdı. Və klubun onu diqqətdə saxlaması başadüşüləndir. Elə məntiqlə də belə olmalıdır. Ancaq strateji əhəmiyyətli idman direktoru postu da yox axı...

Sirr deyil ki, bu qərarın arxasında yerli camaatın müsbət reaksiyasını almaq, təzyiqləri müəyyən qədər azaltmaq və yanlış qərarları sığortalamaq məqsədi durur.

Amma anlamırlar ki, yalnış qərarları başqa bir yanlış təyinatla sığortalamaq mümkün deyil. Hər halqası təhlükə saçan qərarlar zənciri yeni mövsümün elə ilk 3-5 turunda darmadağın olacaq.

Bəs onda kim cavab verəcək? Yəqin ki, onda da Vahabzadə istefa verər və yerinə idman direktoru təyinat alar.

İllər keçir, amma bərbad sistem, yanlış idaretmə dəyişmir. İtirən isə gəncəli fanatlardı.

Daha da dəqiqləşdirsək sağlam düşüncəli gəncəli fanatlardı. Digərləri isə elə yalnış səhvlər zəncirinin ən "önəmli halqa"sı olmağa davam edirlər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti