Başladı, gəlin keçin!

15 Sentyabr 2020 19:02 Azarkeş 696
Başladı, gəlin keçin!

Avropa çempionatının Bakı Könüllülər Proqramının yeni qeydiyyat mərhələsinə start verilib.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yaşı 18-ə çatmış və daha öncə AVRO-2020 üçün qeydiyyat müraciəti etməmiş şəxslər qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat https://euro2020.affa.az/az/volunteers/ linki vasitəsilə aparılacaq.

Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!