Kiyevdə keçiriləcək Çempionlar Liqasının final qarşılaşmasından əvvəl insident yaşanıb.
Sportinfo.az xəbər verir ki, hadisə mayın 24-də “Rooster” restoranında baş verib.
Təxminən 20 nəfər xuliqan restoranda nahar edən “Liverpul” azarkeşlərinə hücum çəkib. Xəsarət alan azarkeşlərdən biri hadisəni belə nəql edib:
“Biz restoranda nahar edir, biznes barədə danışırdıq. Biz bura futbola baxmağa gəlmişik, dalaşmağa yox.
Kiyevə cəmi 4 saat idi gəlmişdik ki, hücuma məruz qaldıq. Onlar bizə it sürüsü kimi hücum etdilər. Bu, çox dəhşətli idi”.
Məlumata görə, hücum edənlərin əllərində şüşə qırıqları və müxtəlif əşyalar olub. Bir neçə azarkeş başından və boynundan yaralanıb.
Çempionlar Liqasının finalı mayın 26-da Kiyevdə keçiriləcək. Finalda “Real”la “Liverpul” qarşılaşacaq.

