“Kəpəz”i Gəncədə Premyer Liqadan 5000 nəfər yola saldı

23 May 2018 07:48 Azarkeş 849
“Kəpəz”i Gəncədə Premyer Liqadan 5000 nəfər yola saldı

Premyer Liqada 2017/18 mövsümünə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, mövsümün sonuncu - 28-ci turu üçün azarkeş sayı bəlli olub.

Ən çox tamaşaçı Gəncədə qeydə alınıb. Şəhər stadionunda keçirilmiş “Kəpəz” - “Neftçi” qarşılaşmasını (1:2) 5000 tamaşaçı tribunalardan izləyib.

Turda ən az tamaşaçı isə Bayılda qeydə alınıb. Cəmi 300 nəfər “Keşlə”nin “Səbail” üzərində minimal hesablı qələbəsinin canlı şahidi olub.

Çempion “Qarabağ”ın “Azərsun Arena”da “Qəbələ” üzərində 1:0 hesablı qələbəsini 3000 azarkeş tribunalardan izləyib.

“Sumqayıt”ın “Zirə” ilə ev matçında (1:2) isə 1300 tamaşaçı qeydə alınıb. Ümumilikdə, turun 4 oyununu 9600 seyrci izləyib ki, bu da, hər matça orta hesabla 2400 nəfər deməkdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti