"Zirə" rəhbərliyi Abbasovdn küsən fanatlarla barışmaq istəyir

19 Aprel 2018 14:36 Azarkeş 797
"Zirə" rəhbərliyi Abbasovdn küsən fanatlarla barışmaq istəyir

"Zirə” rəhbərliyi azarkeşlərlə görüşməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, klub idarəçiləri 2018-ci ildə qələbə üzünə həsrət qalan komandanın baş məşqçisini sıxma-boğmaya salan fanatları yola gətirmək istəyindədi.

Görüşün hansı tarixdə baş tutacağı dəqiqləşməsə də, bunun yaxın günlərdə reallaşacağı gözlənilir.

Premyer Liqanın son turunda- "Neftçi” ilə oyunda Ayxan Abbasovu istefaya səsləyən azarkeşlər onun texniki zonadan qovulmasına nail olmuşdular.

Belə ki, tərəfdarların təpkisinə su qablarını təpikləyərək reaksiya verən mütəxəssis hakimin qəzəbinə tuş gəlmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti