İngiltərənin London şəhərini təmsil edən "Arsenal" və "Tottenhem" azarkeşləri Premyer Liqanın 12-ci tur matçından sonra kütləvi şəkildə dava ediblər.
Sportinfo.az xəbər verir ki, hadisə "Emirates" arenası yaxınlığında baş verib. Davaya hüquq-mühafizə orqanları əməkdaşları müdaxilə edib. Matç noyabrın 18-də baş tutub və "Arsenal"ın qələbəsi ilə (2:0) yekunlaşıb.

