Premyer Liqanın açılış matçı olan “Qarabağ” – “Sumqayıt” görüşünün birinci hissəsində qalmaqal yaşanıb.
Sportinfio.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən oyunun başlamasından az sonra polislə “Qarabağ”ın azarkeşləri arasında münaqişə yaranıb.
Ağdam klubunun müxtəlif fan-klublardan olan fanatlarının nəhəng arenada ürəkləri istəyən yerlərdə oturmasına polis tərəfindən icazə verilməyib. Bu isə tərəflər arasında qalmaqala səbəb olub.
Nəticədə, polis onlara qarşı zor tətbiq edib. Bir neçə fanat vəhşicəsinə döyülüb. Buna etiraz olaraq, “Qarabağ” azarkeşləri stadionu tərk etməyə qərar veriblər. Saxlanılanlar da var.

