"Kəpəz" üçün pul toplanır: "Bizi yox, avtobusdakı "skotçu" dəyişin" - FOTOLAR

9 Noyabr 2017 13:12 Azarkeş 672
"Kəpəz" üçün pul toplanır: "Bizi yox, avtobusdakı "skotçu" dəyişin" - FOTOLAR

"Xəmsə" fan-klubu "Facebook"dakı səhifəsində azarkeşi olduğu "Kəpəz" üçün aksiyaya başlayır.

Sportinfo.az xəbər verir ki, Gəncənin azarkeş qrupu uzun müddətdir müşahidə etdiyi, amma dəyişiklik görmədiyi bir məsələni gündəmə gətirməyi bir fan-klub olaraq özümüzə borc bilib:

"Demək ki, Premyer Liqaya qayıtdığı ildə "Kəpəz"ə ayrılmış avtobusa vurulmuş üzlük yararsız hala düşdüyünü, rənginin solduğunu və qopan hissələrin skotçlandığını görüb keçə bilmədiyimiz üçün #biziYoxSkotçuDəyişin aksiyasına start veririk.

İnanırıq ki, növbəti tura kimi komandamız 300-400 manat ayırıb bu məsələni həll etmiş olar. Yox, əgər alınmasa, bir fan-klub olaraq bu məbləğin yığılması üçün yardım etməyə hazırıq.

Səhifəmizi izləyənlərdən bu məsələnin ictimailəşməsi üçün , #biziYoxSkotçuDəyişin başlığı ilə bu postu paylaşmasını xahiş edirik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti