“Neftçi”də Tərlan Əhmədova inanmaqdan başqa yolumuz yoxdu”

7 Noyabr 2017 11:36 Azarkeş 988
“Neftçi”də Tərlan Əhmədova inanmaqdan başqa yolumuz yoxdu”

Tanınmış jurnalist Erkin İbrahimov “Neftçi” haqda növbəti paylaşımını edib.

Sportinfo.az xəbər verir ki, o, bakılıların baş məşqçisi Tərlan Əhmədovin fəaliyyətinə müsbət qiymət verib, eqni zamanda, “Sumqayıt” və “Zirə”nin çalışdırıcılarını diqqətdən kənarda qoymayıb.

Sitat: “Bu həftə CBC-Sport kanalının efirində dediyim kimi, “Neftçi”nin uğurlu seriyası nə vaxtsa qırılmalı idi. Bu da “Zirə” ilə oyuna təsadüf etdi. Oyunsonrası fikirləri oxuyuram və çox xoş mənzərədi ki, azarkeşlər bu məğlubiyyəti layıqincə qəbul edərək, Tərlan Əhmədova dəstək verir. Belə də olmalıdı.

Tərlan müəllim gələndən sonra oyun planında çox şeyi müsbətə doğru dəyişə bilib. Onun oyundan sonrakı davranışını çox bəyəndim. Əhmədov bəhanə axtarmayaraq, rəqibi layıqli qələbə münasibəti ilə təbrik etdi.

“Zirə” oturuşmuş bir komandadı. Ayxan Abbasovun gözəl işi göz önündədi. Komandanın bəlli oyun "risunok”u var. Müdafiədə çox etibarlıdı. Ortada Milan Duric kimi “professor”ları var, irəlidə isə Təmkinin və afrikalı legionerlərin sürətli oyunu göz oxşayır.

Bu həftə bir “Sumqayıt” – “Keşlə” (ancaq meydan sahiblərini nəzərdə tuturam), bir də “Zirə” – “Neftçi” oyunundan müəyyən zövq aldım. “Sumqayıt”da Samir Abbasovun məşqçi bacarığına əvvələr böyük şübhə ilə yanaşırdım.

Lakin belə getsə, fikrimi dəyişməli olacam. “Sumqayıt” çox istəkli kollektivdi, sürətli futbola üstünlük verirlər və hiss olunur ki, komanda olaraq oyundan-oyuna artırırlar. Görünən budu ki, avrokuboklara dördüncü "putyovka” uğrunda elə “Sumqayıt” ilə “Neftçi” mübarizə aparacaq”.

Onun bu fikirlərinə müxtəlif şərhlər gəlib. Onlardan bəzilərini oxucalrın diqqətinə çatdırırıq.
Hüseyn Həsənzadə: “Neftçi” qışdan sonra bəlkə də 3-cülük və ya 2-ci yer uçrunda mübarizə aparacaq.

Süleyman Vəliyev: Samir Abbasov doğrudan da təəccübləndirir. Futbolçu kimi bacarıqsız bir yana, çox ağılsız oyun göstərirdi, amma məşqçi kimi özünü hələ ki yaxşı göstərir.

Rəsulzadə Heydər: Nədənsə “Zirə” “Qəbələ”, “Neftçi” və digər klublara qarşı oyunlarda super oynayır, amma “Qarabağ”la çox vaxt oyunları alınmır. NƏDƏNSƏ... Bu “avtobus futbolu” ilə Azərbaycanda irəli getmək olar, amma Avropada çətin ki, nəsə eləsinlər.

Erkin İbrahimov: Avtobusu da gərək ağıllı sürəsən. Hamı “Barselona” olmaz ki…

Rəsulzadə Heydər: Həmin avtobus nədənsə “Qarabağ”la oyunlarda avtoqəza törədir.

Erkin İbrahimov: Bu mövsüm hələ ki balans bərabərdi.

Rəsulzadə Heydər: Həlledici oyunlar qabaqdadı axı

Taleh Məhərrəmov: Ancaq “Neftçi” daha gözəl oynadı. Məğlubiyyətə layiq deyildi.

Erkin İbrahimov: Qadze kimi hücumçuları yoxdu.

Taleh Məhərrəmov: Əhmədov gələndən sözün yaxşı mənasında çox artırıblar. Çox keyfiyyətli hücumçuları olmasa da, artıq komanda şəklində oynamağa başlayıblar.

Cahangir Əsədov: Erkin bəy, tam səmimi olaraq, “Neftçi”yə qış və yaxud yayda babat legioner gətirə bilərsiz.? Təbii ki, “Neftçi” pul ayırarsa.

Erkin İbrahimov: İstəsələr, lap payızda da gətirərəm.

Cahangir Əsədov: Vallah, düz deyirəm. İki-üç səviyyəli oyunçu lazımdı hücuma. Mən gözləyəcəm.

Ağa Həsənov: “Zirə”yə fərdi mübarizələrdə uduzduq, ümumi oyun planında üstün idik. Qışdan sonra daha da mükəmməl olacaq, əminəm.

Elvan Muradov: Samir Abbasovla Ayxan Abbasov Qurban mektebi gorubler. Az da olsa. Ona görə də ondan nəsə götürə biliblər.

Adil Mirzəzadə: Professor Milan Duriç deyil, Mahmud Qurbanovdu.

Erkin İbrahimov: Ola bilməz.

Jef Nakhchivanskiy: Son iki oyunda “Neftçi” “Zirə”yə minimal hesabla uduzdu. Deyərdim ki, qələbəye layiq idilər. Sadəcə...

Şahin Şahverdiyev: “Neftçi” çox gözəl oynadı. Sadəcə, Emin və Mirabdulla startda başlasaydılar, məncə, daha effektli olardı. Bircə səhv qola gətirdi. Bugünə kimi 135 min dəfə “Zirə”yə məğlub olmuşuq, amma digərlərindən fərqli, bugünkü “Neftçi”də oyun var. Ruslar demişkən, "risunok" görsənir artıq. Qışda 1-2 mövqe güclənsə, yaxşı olar. Tərlana inanmaqdan başqa yolumuz yoxdu.

Ramin Mahmudov: Bu il “Zirə”nin Avroliqada daha da qabağa gedəcəyinə ümid edirəm. Bir də, Təmkinin oyunu yaxşıdı.

Fərəc Rzayev: Tərlan müəllim düzəldəcək komandanı.

Azər Sərxanov: Turnir cədvəli və motivasiya baxımından “Neftçi”yə qələbə “Zirə”dən daha vacib idi. Yəni, rəqibdən daha istəkli, daha əzmkar oynamalı idi. Amma əksini gördük. "Zirə"nin sürətli oyununun qarşısında ləng oyun, qeyri-dəqiq ötürmələr məğlubiyyətə səbəb oldu. "Neftçi"çimizə növbəti oyunlarda uğurlar!

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti