Ukraynanın paytaxtı Kiyevdə futbol fanatlarının iştirakı ilə kütləvi dava baş verib.
Sportinfo.az xəbər verir ki, davada 100 nəfərdən artıq azarkeşin iştirak etdiyi deyilir. Bu barədə məlumatı Kiyev polisinin “facebook” səhifəsi yayıb.
Polis əməkdaşları hadisə yerinə gələn kimi davada iştirak edənlər müxtəlif istiqamətə qaçmağa başlayıblar. Ancaq polis 30 nəfəri saxlaya bilib.
Onlar dindirilmək üçün bölmələrə aparılıblar. Xəsarət alanlar barədə məlumat verilmir. Dünən Kiyevdə “Dinamo” - “Vorskla” oyunu (2:1) keçirilib.

