“Kəpəz” - “Qarabağ”: Premyer Liqada ikiqat rekord qeydə alındı

6 Noyabr 2017 11:12 Azarkeş 782
“Kəpəz” - “Qarabağ”: Premyer Liqada ikiqat rekord qeydə alındı

Premyer Liqanın 11-ci turunu stadionlardan izləmiş azarkeş sayı məlum olub.

Sportinfo.az xəbər verir ki, bu turda iki rekord qeydə alınıb. Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz” - “Qarabağ” qarşılaşmasını (0:2) 13300 tamaşaçı izləyib ki, bu da, cari mövsümdə ən yüksək göstəricidi.

Gəncədəki tamaşaçı sayı turun ümumi göstəricisinə də təsir edib. Belə ki, 11-ci turun 4 oyununu ümumilikdə 17400 azarkeş izləyib ki (orta hesabla 4350 tamaşaçı), bu da, cari mövsümdə rekord göstəricidi.

Turun antirekordu Sumqayıtda qeydə alınıb. Burda keçirilmiş “Sumqayıt” - “Keşlə” matçını (3:1) 1200 tamaşaçı izləyib. Maraqlıdı ki, əvvəlki turlarda bu sayda tamaşaçı sayı ən yüksək göstəricilərdən sayılsa da, bu turda antirekord olub.

Digər oyunlardan Qəbələdə keçirilmiş “Qəbələ” - “Səbail” qarşılaşmasını (3:1) 1500, Zirədə baş tutmuş “Zirə” - “Neftçi” matçını (1:0) isə 1400 azarkeş tribunalardan izləyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti