“Qəbələ”nin futbolçuları azarkeşlərin ürəyini xoş etdi - LENT

24 Oktyabr 2017 19:00 Azarkeş 728
“Qəbələ”nin futbolçuları azarkeşlərin ürəyini xoş etdi - LENT

Premyer Liqada IX tura yekun vurulub. Turun son oyununda çempionluğa iddialı iki komanda – “Qarabağ”la “Qəbələ” üz-üzə gəlib.

Turun mərkəzi görüşündə meydan sahibləri qələbə qazanıblar. Asif Məmmədovun 8-ci dəqiqədə vurduğu qol matçda yeganə olub.

Matçboyu hücumlarına ara verməyən "Qarabağ" çox cəhd etsə də, bərabərlik qolunu vura bilməyib.

Beləcə, Roman Qriqorçukun komandası “Zirə”nin də uduzmasından yararlanaraq 3 xal qazanıb və ikinci pilləyə yüksəlib.

Sportinfo.az xəbər verir ki, bu qələbə qəbələli azarkeşlər tərəfindən böyük coşqu ilə qarşılanıb. Onlar bunu futbolçularla birgə qeyd ediblər.

Digər Xəbərlər
Xəbər Lenti