"Neftçi"də ETİRAZ: "Axırıncı dəfə gözəl günlər görəcəyik deyəndə 2015-ci il idi"

30 Oktyabr 2023 22:20 Azarkeş 851
"Neftçi"də ETİRAZ: "Axırıncı dəfə gözəl günlər görəcəyik deyəndə 2015-ci il idi"

"Neftçi" 10-cu tur "Səbail" üzərində qazanılan inamlı qələbə ilə (4:2) azarkeşlərinə müəyyən ümid vermişdi.

Amma tərəfdarların sevinci cəmi 1 həftə çəkdi.

11-ci tur doğma meydanda "Sabah"ı qəbul edən Mutunun yetirmələri meydanı xalsız tərk etməli oldu.

Heç də yaxşı günlərinə yaşamayan qonaqlara məğlubiyyət (0:1) fanatların yenicə cücərmək istəyən xəyallarının da üzərindən xətt çəkmiş oldu.

Yenə meydanda dağınıq, intizamsız bir kollektiv vardı.

Bunu təkcə biz yox, klubun sadiq fanatları da böyük üzüntü ilə sosial şəbəkələrdə dilə gətiriblər.

Qəzəblənən "Neftçi"lilərin yazdığı şərhlərdən bəzilərin sizə təqdim edirik:

"Həmişəki kimi bir oyun ümid verib, sonrası da həmin şey olur".

"Məşqçi yoxdur, göndərin getsin. Yanında da qapıçı Brkiçi".

"Uduzmağa çıxmışdılar və uduzdular. Kuboklar getdi".

"Bu işin başını buraxın, imkan verin işi bilənlər iş başına gəlsin".

"Samir Abasov qalsaydı, daha böyük işlər görərdi".

"Mutulu "Neftçi" hazırda ən mutsuz komandadır".

"Məşqçi işin problemlər var. Sabah elə də səviyyəli oynamırdı ki, "Neftçi" onunla bacarmasın".

"Sonra da deyirlər azarkeş hardadı? Bundan sonra görərsiz".

"İnşallah, nə vaxt futbol oynamağı düşünürsüz".

"Yaxşı rolik çəkin, bəlkə AFFA 1 xal verdi".

"Axırıncı dəfə gözəl günlər görəcəyik deyəndə 2015-ci il idi. Hələ də görməmişik".

"Rəzillik".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI