"Sən kimsən ki? Sənə görə Qurban Qurbanovu..." - - "Neftçi"nin hücumçusuna sərt REAKSİYA

21 Noyabr 2021 22:20 Azarkeş 2 037
"Sən kimsən ki? Sənə görə Qurban Qurbanovu..." - - "Neftçi"nin hücumçusuna sərt REAKSİYA

"Azarkeşlərimiz komandanın nəticəsindən narazı idi. "Neftçi" azarkeşinin tələbkarlığını hər kəs bilir.

Mirabdullanın dediyinə görə hansısa azarkeş onu söyüb.

O da azarkeşə cavab verib. Bundan sonra fanat tribunadan düşərək meydana daxil olub".

Bunu Sportinfo.az-a açıqlamasında dünənki "Neftçi" - "Sabah" qarşılaşmasından sonra başverənlərə münasibət bildirən "Forza Neftçi" azarkeş qrupunun rəhbəri Sübhan Əliyev deyib.

Sübhan bəy yaşananlara görə hücumçunu sərt tənqid edib:

"Mənim də imkanım olsa meydana daxil olardım. Mirabdulla, sən kimsən ki, azarkeşə cavab qaytarırsan? Sənə bu ixtiyarı kim verib? Zamanında sənə görə biz Qurban Qurbanovu tənqid eləmişik. Səni Mirabdulla eliyən biz azarkeşlər olub. Deyəsən, sənə sahib çıxan bizləri unutmusan. Bunun günahı da rəhbərlikdədir. Çünki "Neftçi"ni atıb gedən Mirabdullanı, məhz onlar yenidən komandaya qaytarıb.

Bu komandanı bizim qədər heç kəs sevə bilməz. Biz təmənnasız "Neftçi"ni sevirik, onlar isə məvacib alaraq. Bizim onların üzərində haqqımız var, onların bizim üzərimizdə yox. Dünən də demişik ki, "Neftçi"nin çörəyi haramınız olsun. Bu gün "Neftçi"yə məxsus olmayan Mamadu Kane azarkeşin qarşısında baş əyib, diz çökdü. Çünki vəziyyəti gözəl başa düşür. "Neftçi"dən aldığı hər bir manat halal xoşu olsun. Hara da getsə daim dəstək olacağıq".

Əliyev sevimli komandalarının "qara zolağ"a düşməsində bir nömrəli günahkar kimi Samir Abasovu qınayıb:

"Bu günkü gündə başverənlərin ən birinci günahkarı baş məşqçi Samir Abasovdur. Bəli, komandamıza yeni gələndə onu hər kəsdən fərqli görürdük. "Neftçi"ni yenidə dirçəldə biləcək şəxs kimi bilirdik. Amma mövsüm əvvəli deyir ki, "rəqib bizdən güclüdür". Sən hansı komandanın baş məşqçisi olduğunu unudursan? Deyir ki, "azarkeşlərin istəyilə əvəzetmə etdim". Azarkeş qrupunun rəhbəri kimi bütün görüşlərdə Abasova demişəm ki, Mboc daha nə qədər səhv etməlidir? Hansı oyunçuların komandadan getməli olduğunu dəfələrlə demişik. Abasova çox kömək etməyə çalışmışıq.

Bəli, Abasov komandanı çempion edib. Amma hal-hazırda rəhbərliyin qərarını gözləyirik. Uçuruma gedən komandaya rəhbərlik müdaxilə eləməsə, özləri də getməlidir. Bu gün hər kəsin günahı var. Amma ən böyük günahkar Samir Abasovdur. Güclü məşqçi ola bilər, amma güclü skaut deyil. Gətirdiyi oyunçulardan görürük ki, bu işdə o axsayır".

Xanoğlan

Digər Xəbərlər
Xəbər Lenti