"Bu qərar "Qarabağ" üçün də yaxşı olacaq"

12 İyul 2021 20:20 Azarkeş 1 550
"Bu qərar "Qarabağ" üçün də yaxşı olacaq"

Xəbər verdiyimiz kimi AFFA-nın Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanladığı müvafiq müraciət cavab olaraq Azərbaycan klublarının avrokuboklardakı oyunlarında tribunalara stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər azarkeşin buraxılmasına icazə verib.

Verilən sevindirici qərarla bağlı "Qarabağ"ın ən böyük azarkeş qrupu olan "İmarət"in idarə heyətinin üzvü Elnur Quliyev Sportinfo.az-a danışıb:

"Bu qərar çox yaxşı oldu. Əslində gözlənilən qərar idi. Azarkeşsiz futbola hətta televiziyadan baxmaq belə ləzzət eləmirdi.

Çünki emosiyalar olmur. Futbola maraq verən də həmin emosiyalardı. Uşaqlar öz aramızda az sayda görüşürdük.

Amma 200 nəfər və ya daha çox sayda bir araya gəlmək alınmırdı. Həm bu baxımdan, həm də avrokuboklarda "Qarabağ"ın yanında olacağımız üçün sevinirəm".

Quliyev azarkeşlərin tribunaya qayıtmasının "Qarabağ" üçün də faydalı olacağı qənaətindədir:

"Uzun aradan sonra tribunadan dəstək vermək "Qarabağ" üçün də yaxşı olacaq. "Qarabağ" üçün çox darıxmışıq.

Verilən qərarı alqışlayırıq. Ümid edirəm ki, tezliklə bütün qadağa aradan götürülər".

Konfrans Liqasında iştirak edəcək "Qarabağ" ilk görüşünü İsrailin "Aşdod" klubuna qarşı keçirəcək. Oyun 22 iyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi