UEFA Azərbaycandan təcili xahiş etdi ki...

11 Mart 2020 19:18 AÇ-2020 1 015
UEFA Azərbaycandan təcili xahiş etdi ki...

Koronavirus Avropa çempionatı üçün böyük təhlükə yaradıb.

Buna baxmayaraq, UEFA Avro-2020-ni müəyyən edilmiş vaxtda keçirməkdə israrlıdır. Sportinfo.az xəbər verir ki, UEFA Avropa çempionatını qəbul edəcək ölkələrə müraciət edib.

Avropanın ali futbol qurumu xahiş edib ki, çempionatın vaxtında keçirilməsi üçün bütün mümkün vasitələrdən istifadə olunsun.

UEFA hesab edir ki, çempionatı qəbul edəcək ölkələrdə tibbi infrastruktur qaydasında olsa, çempionatı vaxtında keçirmək mümkündür.

UEFA-dan bildirilib ki, virusun daha çox yayıldığı şəhərlərdən təşkilatçılıq hüququnu almaq variantı da istisna edilmir.
AVRO-2020 12 iyun-12 iyulda keçirilməlidir.

Püşkatmanın nəticələrinə əsasən, açılış oyunu iyunun 12-də Romadakı "Olimpiko" stadionunda İtaliya və Türkiyə milliləri arasında olacaq.

Bakı Olimpiya Stadionu (BOS) iyunun 13-də Uels-İsveçrə, iyunun 17-də Türkiyə-Uels, iyunun 21-də Türkiyə-İsveçrə matçlarına ev sahibliyi edəcək. İyulun 4-də isə BOS-da 1/4 final oyunlarından biri təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti