UEFA-nın Bakı ilə bağlı mühafizə məsələləri masada - FOTO

6 Mart 17:24 AÇ-2020 241
UEFA-nın Bakı ilə bağlı mühafizə məsələləri masada - FOTO

“Futbol matçları zamanı Təhlükəsizlik və Mühafizə məsələləri”, Azərbaycan Premyer Liqası və I Divizionda mübarizə aparan futbol klublarının daxilində təhlükəsizlik tədbirlərinin inkişafı və AVRO 2020-nin Bakıda təşkilinin təhlükəsizlik məsələlərinə dair UEFA rəhbərliyi altında seminar keçirilib.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Klubların Lisenziyalaşdırılması qaydalarının tələblərinə əsasən, klublarda ixtisaslı Təhlükəsizlik xidmətinin rəisi və azarkeşlərlə əlaqələndirici şəxslər çalışmalıdır. Seminar qeyd olunan əməkdaşların maarifləndirilməsinə də həsr olunub.

Seminarda beynəlxalq və daxili oyunlar zamanı stadionlarda təhlükəsizlik məsələlərinə cavabdeh olan aidiyyatı Dövlət Qurumlarının əməkdaşları, Bakı Olimpiya Stadionunun nümayəndələri, Premyer Liqa və I Divizion klublarının əməkdaşları, fan klub, AFFA və Peşəkar Futbol Liqasının, həmçinin AVRO-2020 Yerli Əməliyyat Qrupunun nümayəndələri iştirak ediblər.

UEFA-nın Təhlükəsizlik departamentinin əməkdaşları Thomas Stephen, Mark Timmer, Rostas Gergely və Frosdik Stefen oyun zamanı meydana basqın, qadağan edilmiş şüarların səsləndiriıməsi və bannerlərin yerləşdirilməsi, pirotexniki vasitələrdən istifadə və onun istifadəçiləri, Avropa futbolunda pirotexniki vasitələr problemi, pirotexniki vasitələrin növləri, sağlamlıq və təhlükəsizlik məsələləri, Azarkeşlərlə Əlaqələndirici Şəxslərin vəzifələri, fövqəladə hallar zamanı kütlənin idarə olunması, ekspertlərin hesabatları və s. mövzular üzrə müxtəlif təqdimatlarla çıxış ediblər.

Xəbər Lenti
1 İyul 17:38 "Barselona"ya qayıdır
1 İyul 16:14 Rəşad "Sabah"dan getdi
1 İyul 00:14 Qaray getdi - FOTO
30 İyun 23:00 10-u birdən - VİDEO