Futbolumuzda TENDER

12 Fevral 2020 18:34 AÇ-2020 838
Futbolumuzda TENDER

AÇ-2020-nin Bakıda keçiriləcək 4 oyununda istifadə üçün tələb olunan avadanlıqların alınması ilə bağlı AFFA tender elan edib.

Sportinfo.az xəbər verir ki, təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur.

“Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.

Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi"ni, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi qalib olduğu halda, tələb edilən malların 01.05.2020 tarixinədək təhvil veriləcəyinə dair zəmanət məktubunu 24.02.2020-ci il, saat 18:00-a qədər tender@affa.az elektron ünvanına göndərə bilər.

Digər Xəbərlər
Xəbər Lenti