"Bu işlərə başlanılıb, hazırda təşkilat mərhələsindəyik"

26 Yanvar 2020 10:24 AÇ-2020 759
"Bu işlərə başlanılıb, hazırda təşkilat mərhələsindəyik"

"AVRO-2020-nin Bakıda keçirilməsi ilə bağlı işlərə başlanılıb. Hazırda təşkilat mərhələsindəyik. 2020 könüllü qeydiyyata alınıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyev 2020-ci ili "Könüllülər ili" elan edib. Bu, könüllülər üçün böyük hədiyyə və motivasiya oldu.

Azərbaycanda könüllülər hərəkatı neçə ildir ki, inkişaf edir. Hər il könüllülərin sayı artır. Gənclərimiz sosial layihələrdə iştirak edirlər. Könüllülər Avropa çempionatına hazırlaşmağa başlayıblar. Biz də hazırlığa belə bir əyləncəli tədbirlə başladıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib. Federasiya rəsmisi AVRO-2020 ilə bağlı dövlət qurumları ilə sıx əməkdaşlıq etdiklərini diqqətə çatdırıb:

"Avropa Liqasının finalında böyük təcrübə qazandıq. Bu təcrübəni tətbiq edəcəyik. Bu tədbirlərdə və yarışlarda könüllülərin dəstəyi böyükdür. Bu, bizim üçün çox önəmlidir.

Gənclərimiz Azərbaycanda keçirilən idman tədbirlərində daim bizim yanımızdadırlar. Ona görə də futbol ailəsinin adından könüllülərə təşəkkürümüzü bildiririk".

Digər Xəbərlər
Xəbər Lenti