"Azərbaycanla oyun zamanı oranı yoxlamaq imkanımız oldu"

8 Dekabr 2019 10:10 AÇ-2020 768
"Azərbaycanla oyun zamanı oranı yoxlamaq imkanımız oldu"

"Bu yaxınlarda Bakıya səfər etmişdik. Bu çox yaxşı oldu. Orda qələbə qazanmışıq və yaxşı təcrübə toplamışıq". Sportinfo.az xəbər verir ki, bunu Uels yığmasının baş məşqçisi Rayan Giqqz deyib.

Təcrübəli mütəxəssis yerli mətbuata açıqlamasında AVRO-2020-nin seçmə mərhələsində A qrupuna düşdükləri üçün sevindiyini söyləyib. Giqqz seçmə mərhələdə Azərbaycan millisi ilə qarşılaşdıqlarını xatırladaraq, yenidən Bakıya səfər etməyin onlar üçün sevindirici hal olduğunu vurğulayıb:

"Qrupda ilk iki oyunumuzu Bakıda keçirəcəyik. Bu səbəbdən orda qalıb bazaya və hava şəraitinə uyğunlaşmaq potensialına sahibik. Azərbaycanla oyun zamanı bazalarını yoxlamaq imkanımız oldu. Orda olduğumuz zaman hər şey möhtəşəm idi. Bakıdakı iki oyunda azərbaycanlılar bizi ikinci ölkəsi kimi qəbul edə bilər".

Uels yığması iyunun 13-də İsveçrə, 17-də isə Türkiyə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq. 46 yaşlı çalışdırıcı qrupun son oyununda İtaliyanın ikinci heyətlə mübarizə aparacağına ümid edir:

"Romaya səfər etmək və İtaliya ilə oynamaq çətindi. Ümid edirəm ki, həmin vaxta qədər 6 xal toplayarlar və bizə qarşı ehtiyat qüvvə ilə oynayarlar. Belədə bizim üçün bir az asan olar. Amma yalnız öz oyunlarımıza nəzər yetirməliyik".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"