"Bakıda ev sahibi olacağıq" - "Fənərbağça"nın yarımmüdafiəçisi

5 Dekabr 2019 13:06 AÇ-2020 885
"Bakıda ev sahibi olacağıq" -

Türkiyə milli komandasının yarımmüdafiəçisi Dəniz Türüç AÇ-2020-nin final mərhələsi haqda "Haberturk" kanalına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, "Fənərbağça"nın 26 yaşlı futbolçusu qitə çempionatının qrup oyunlarının ikisini Bakıda keçirəcəklərinin onlara üstünlük verəcəyini deyib.

"Mən də Avropa çempionatında çıxış edəcək millinin heyətində olmaq istəyirəm. İnşallah, Şenol Günəş mənə o şansı verər. Çempionatda oynamaq hamımızın hədəfi, hamımızın xəyalıdır. Çox çətin bir qrupa düşmüşük. Lakin mümkünsüz bir şey yoxdur. Azərbaycanda oynayacağımızı nəzərə alsaq, biz Bakıda ev sahibi kimi olacağıq. Əsas məsələ İtaliya ilə Romadakı açılış oyununa yaxşı başlamaqdır. Qrupdan çıxmaq şanslrımızı yüksək qiymətləndirirəm. Minimum hədəf qrupda 2 yerdən birini tutmaqdır".

Türkiyə millisi qrupda ilk oyununu iyunun 12-də Romada İtaliyaya qarşı keçirəcək. İyunun 17-də Uels, 21-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti