Rayan Giqqz Bakı yolunda: "Yaxşı qrupdayıq"

1 Dekabr 2019 10:24 AÇ-2020 1 089
Rayan Giqqz Bakı yolunda: "Yaxşı qrupdayıq"

"Logstika baxımından, özümüz və azarkeşlərimiz üçün yaxşı qrupa düşmüşük. İki oyunumuzu Bakıda keçirdikdən sonra Romaya yollanacağıq".

Sportinfo.az xəbər verir ki, bunu Uels millisinin baş məşqçisi Rayan Giqqz AVRO-2020-nin A qrupunun püşkü barədə danışarkən deyib. O, qrupdakı rəqibləri belə dəyərləndirib:

"İsveçrə millisi istedadlı komandadır. Türkiyə seçmə mərhələdə Fransa və İslandiya ilə eyni qrupdan çıxmağı bacarıb, yaxşı formadadır. İtaliya isə sözsüz ki, fantastik komandadır.

Ümidvaram ki, onlar ardıcıl iki qələbə qazanaraq, növbəti mərhələni təmin edəcəklər və bizimlə qrupdakı son oyunda ehtiyat qüvvədən yararlanacaqlar".

Uels yığması iyunun 13-də İsveçrə, iyunun 17-də isə Türkiyə ilə Bakı Olimpiya Stadionunda, iyunun 21-də isə İtaliya ilə Romadakı "Olimpiko" stadionunda üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM