Aleksandr Jidkov: "Azərbaycan futbolunda sistemi dəyişmək lazımdır"

20 Noyabr 2019 19:05 AÇ-2020 2 166
Aleksandr Jidkov: "Azərbaycan futbolunda sistemi dəyişmək lazımdır"

Azərbaycan millisinin sabiq qapıçısı Aleksandr Jidkov Sportinfo.az-a açıqlama verib. O, yığmamızın hazırkı durumunu dəyərləndirib:

"Baş məşqçi dəyişikliyi milliyə heç nə verməyəcək. Mənə elə gəlir ki, yerli məşqçi milli üçün daha yaxşıdır. O, oyunçuları, mentaliteti, çempionatı daha yaxşı bilir. Yerli məşqçi üçün oyunçu seçmək, heyəti balanslaşdırmaq asan olardı. Əcnəbi məşqçi isə hər şeyi videodan görür, oyunçuları tanımır. Bu mənada xarici məşqçi üçün oyunçu seçmək də çətin olur. Məncə, milli üçün yerli məşqçi prioritet olmalıdır".

Jidkovun sözlərinə görə, Azərbaycan futbolunda sistemi dəyişmək lazımdır: "Tez-tez məşqçi dəyişikliyi də problemin aradan qalxması üçün çıxış yolu deyil. Digər ölkələrlə müqayisədə Azərbaycan çempionatı zəifdir. Görünür ki, futbolçuların səviyyəsi də aşağı düşüb. Ona görə nəticələr də belədir. Demək ki, Azərbaycan futbolunda sistemi dəyişmək lazımdır. Bəlkə bu zaman nəsə olar. Bu da 1-2 ilə deyil, 5-6 ilə nəticə verə bilər".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"