UEFA Azərbaycan klublarını VARlandırmaq istəmədi

10 İyul 2020 00:42 Avropa Liqası 1 655
UEFA Azərbaycan klublarını VARlandırmaq istəmədi

VAR sisteminin Avropa Liqasının qrup mərhələsində tətbiqi təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, bu barədə qərarı UEFA-nın İcraiyyə Komitəsi verib.

Bu yenilik yalnız 2021/22 mövsümündən qüvvəyə minəcək. Cari və növbəti mövsümdə isə VAR-dan yalnız pley-offda – qrup mərhələsindən sonrakı mərhələlərdə istifadə olunacaq.

Öncədən VAR-ın növbəti mövsümdən Avropa Liqasının qrupunda tətbiqi planlaşdırılırdı. Lakin UEFA bu fikirdən imtina edib.

Buna səbəb koronavirus pandemiyasıdır. VAR sisteminin tətbiqi zamanı əlavə personala ehtiyac var. UEFA isə matçlarda mümkün qədər az adamın olmasının tərəfdarıdır.

Digər Xəbərlər
Xəbər Lenti