“Qarabağ” üzərində qeyri-adi qələbə qazandıq“

17 Mart 18:10 Avropa Liqası 1 243
“Qarabağ” üzərində qeyri-adi qələbə qazandıq“

"Dramatik oyun oldu".

Sportinfo.az xəbər verir ki, bunu “Bayer"ün futbolçusu Qranit Caka “Qarabağ”a 3:2 hesabı ilə qalib gəldikləri Avropa Liqasının 1/8 final mərhələsinin cavab görüşü barədə danışarkən deyib.

İsveçrəli yarımmüdafiəçi ilk iki qolu buraxmalarına baxmayaraq, həvəsdən düşmədiklərini bildirib:

“Qarabağ” azlıqda olarkən bizə qol vurdu. Say üstünlüyünə malik olan komanda 0:2 hesabı ilə geri düşməməlidir, ancaq bunu biz yaşadıq

Adətən futbolçular iki top fərqi ilə geri olduqları zaman həvəsdən düşür, oyunun onlar üçün bitdiyini fikirləşirlər.

70-ci dəqiqədən sonra hesabı 3:2-yə çatdırmağımız bir daha əhval-ruhiyyəmizin və mentalitetimizin inanılmaz olduğunu göstərir. Bu, qeyri-adi qələbədir”.

İki oyunun cəmində 5:4 (2:2, 3:2) hesablı qələbə qazanan “Bayer 04” 1/4 finala adlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!